28.06.2022
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü” münasibətilə tədbir keçirilib
Tədbirdə kənd icra hakimiyyəti nümayəndələri,Vətən Müharibəsi iştirakçıları, qazilər, iştirak edib.
Öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə iştirakçıları təbrik edib, bu bayramın rəşadət, şərəf, igidlik bayramı olduğunu vurğulayaraq Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun Vətən müharibəsindəki tarixi qələbəsindən, azad olunmuş torpaqlarımızda gedən quruculuq işlərindən söz açıblar. Aparılan hərbi əməliyyatlarda iştirak edən Vətən müharibəsi iştirakçıları onlara və ailələrinə göstərilən yüksək diqqət və qayğıyadan danışaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Tədbir konsert proqramı ilə davam etdirilib.